Bayden daha çox yatmağı planlaşdırır...

...ABŞ prezidenti Cozef Bayden daha çox yatmağı planlaşdırır və buna görə də axşam saat 8-dən gec olmayaraq tədbirlər planlaşdırmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN mənbələrə istinadən bildirib.

Telekanalın məlumatına görə, amerikalı lider çərşənbə günü, iyulun 3-də Ağ Evdə keçirdiyi görüşdə demokrat qubernatorlara qərarı barədə danışıb.

O zaman Bayden 20-dən çox ştat liderini noyabrda keçiriləcək prezident seçkilərində keçmiş prezident Donald Trampı məğlub etmək və ölkəni daha dörd il ərzində effektiv idarə etmək bacarığına inandırmağa çalışırdı.

Eyni zamanda, kanalın həmsöhbətləri Baydenin sözlərinin görüşdə iştirak edən bir neçə qubernatoru "məyus etdiyini" söyləyib.

Bundan əlavə, onlardan bəziləri Bayden kampaniyasının “sədaqət və həvəs”lə bağlı sonrakı bəyanatından qıcıqlanıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə