Qaraçay-Çərkəzdə niqab taxmaq qadağan edilir..?

...Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS-a Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev bildirib.

...Qaraçay-Çərkəz Müftiliyi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib, şəriətə görə, üzü tamamilə gizlədən paltar geyinmək qadağandır.

Bunu deyən Berdiyev qeyd edib ki, müvafiq qərar yalnız təhlükəsizlik məqsədilə verilib.

Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi belə qənaətə gəlib ki, niqab taxmaq müsəlmanlara əməli ziyan vurur və müasir Rusiyada dinlərarası eləcə də millətlərarası münasibətlərdə nifaq təhlükəsi yaradır.

Mərkəz onu da diqqətə çatdırıb ki, İslam üz, əllər və ayaqlar istisna olmaqla, bədən hissələrini örtməyi, yəni üzün açıq qaldığı hicab geyinməyi vacib edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə