Rusiyanın Ukrayna üçün nizamlanma planı müəyyənləşib..?

Bu, ictimaiyyətə açıqlandı

...Rusiyanın Ukrayna ilə bağlı nizamlanma planı dünya ictimaiyyətinə məlum olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu, lentə alınıb və ictimaiyyətə açıqlanıb.

Kreml nümayəndəsi jurnalistlərin Pekinin danışıqlar prosesində iştirakı ilə bağlı sualını da cavablandırıb.

Peskov Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Çinin Ukrayna üzrə sammit keçirmək planlarını müzakirə etdiyi barədə məlumatları təkzib edib.

Prezidentin mətbuat katibi Şanxay Əməkdaşlıq Təşkilatı sammitində çıxış edənlərin çoxunun Fələstin nizamlanması məsələsinə müraciətini də qeyd edib.

Onlar Astanada çıxış ediblər və çıxışları zamanı insan itkisinin yolverilməzliyindən danışıblar.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, söhbət dövrümüzün ən böyük humanitar fəlakətlərinin birindən gedir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə