ABŞ Yaponiyada “F-35A” qırıcıları yerləşdirəcək...

Rusiya, Şimali Koreya və Çinə görə...

...ABŞ Müdafiə Nazirliyi Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasındakı Misava aviabazasına ilk dəfə olaraq ən son 48 “F-35A” gizli qırıcısını yerləşdirəcəyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Kyodo” agentliyi yazıb.

Bildirilir ki, radarların aşkarlanmasından yayınmağa qadir olan beşinci nəsil “F-35A” qırıcıları Okinavadakı Kadena aviabazasına yerləşdiriləcək və “təqaüddə olan” “F-16” qırıcılarını əvəz edəcək.

...Çin, Şimali Koreya və Rusiyanın təhlükəsizlik təhdidləri fonunda Pentaqon bildirib ki, Amerika taktiki təyyarələrinin modernləşdirilməsi yaxın bir neçə il ərzində Yaponiya hökuməti ilə sıx koordinasiya əsasında həyata keçiriləcək.

ABŞ Müdafiə Nazirliyi bu addımın ABŞ-Yaponiya müttəfiqliyini və Hind-Sakit okean regionunda sabitliyi gücləndirmək səylərinin bir hissəsi olduğunu qeyd edib.

Qeyd edək ki, Yaponiya ilk dəfə “F-35A” qırıcılarını hələ 2018-ci ildə hava hücumlarına cavab vermək və Şimali Koreyaya nəzarət etmək üçün Misava Hava Bazasına yerləşdirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə