Görünür, “etiraflar” inandırıcı olmayıb..?

Fransa vətəndaşı Loran Vinatye (...Rusiya Federasiyasında xarici agent kimi tanınır – A.B.) Rusiyanı çox sevdiyini bildirib.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, o, müvafiq etirafı Moskva Şəhər Məhkəməsinin iclası zamanı verib.

Fransız həyat yoldaşının rus olmasına, bütün dostlarının Moskvada yaşadığına diqqət çəkib.

Vinatye onun həyatının Rusiya ilə bağlı olduğunu da qeyd edib. O, fəaliyyətindən heç vaxt bu ölkəyə qarşı istifadə etmədiyini bildirib.

Lakin Moskva Şəhər Məhkəməsi vətəndaşı həbsdə saxlayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə