Turistlərə ölümcül virus barədə xəbərdarlıq ediblər

...Bu ölkələrdə bəzi hallarda ölümcül ola bilən Qərbi Nil qızdırmasının ilk halları aşkar edildikdən sonra İspaniya və İtaliyaya gedən turistlərə diqqətli olmaları bildirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ağcaqanadlar vasitəsilə ötürülən virus Sevilya (İspaniya) və Modenada (İtaliya) bir nəfəri xəstələndirib.

Bundan başqa, İtaliyanın Kyeti əyalətində ağcaqanadlarda Qərbi Nil virusu aşkarlanıb.

Bunu Manchester Evening News xəbər verir.

Eyni zamanda, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi infeksiya hallarının yerli olduğunu və tropiklərdən Avropaya gətirilmədiyini bildirərək xəbərdarlıq edib.

Qərbi Nil virusuna yoluxmuş hər beş nəfərdən birinin qızdırma inkişaf etdiyi bildirilir və bu da ağrı, səpgi eləcə də qusmaya səbəb olur.

Ağır hallarda simptomlara nöbet, əzələ zəifliyi və iflic daxildir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə, keçən il Avropada Qərbi Nil virusunun 713 yerli yoluxma hadisəsi, o cümlədən 67 ölüm hadisəsi qeydə alınıb.

Virus doqquz ölkədə aşkar edilib və əvvəllər rast gəlinmədiyi 22 yeni bölgəyə yayılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə