Ermənistan ABŞ-la strateji tərəfdaşlığı qaldırmağa hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Müstəqillik Günü münasibətilə prezident Cozef Baydenə təbrik məktubunda ölkəsinin ABŞ-la münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında çoxşaxəli və sıx əlaqələr, son illərdə əməkdaşlığın əhəmiyyətli dərəcədə artması, İrəvan və Vaşinqton arasında “demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi”nə əsaslanan tərəfdaşlığın gücünü vurğulayırlar.

...Qeyd etməkdən məmnunam ki, demokratik islahatlar, iqtisadi və enerji davamlılığının gücləndirilməsi sahələrində əməkdaşlığımızı daha da genişləndirmək öhdəliyi, ədalət, korrupsiya ilə mübarizə, təhlükəsizlik və digər sahələr Ermənistan-ABŞ arasında strateji dialoqun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi konsepsiyasında öz əksini tapıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Paşinyan qeyd edib.

...Ermənistan hökumətinin başçısı regionda sülhün bərqərar olması prosesində ABŞ-ın rolunun vacibliyini də vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə