Putin dünyaya “kosmik” siqnal göndərdi

Şanxay Əməkdaşlıq Təşkilatı kosmosun militarizasiyasına qarşı

...Rusiya prezidenti Vladimir Putin kosmosun hərbiləşdirilməsinə qarşı çıxan Şanxay Əməkdaşlıq Təşkilatının mövqeyini bütün dünya üçün “siqnal” adlandırıb.

Rusiya liderinin Astanada keçirdiyi mətbuat konfransında qeyd etdiyi kimi, bu mövqe həm sammitin yekun bəyannaməsində, həm də digər sənədlərdə öz əksini tapıb.

Putin vurğulayıb ki, bütün Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri kosmosda istənilən silahın yerləşdirilməsinə qarşıdır. Bu, dünyanın qalan hissəsi üçün dövlətlərin kosmosun hərbiləşdirilməsinə necə baxdığına dair bir siqnaldır.

Rusiya prezidentinin sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı geniş vüsət alan təşkilatdır. O, yeni çoxqütblü dünyanın müstəqil mərkəzlərindən birinə çevrilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, beynəlxalq oyunçular getdikcə daha çox yeni iştirakçı cəlb edən təşkilatla əlaqə saxlamaq istəyirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə