Çexiya rusların biometrik olmayan pasportlarını tanımaqdan imtina edib

...Çexiya Xarici İşlər Nazirliyi iyulun 3-dən Rusiya vətəndaşlarının biometrikası olmayan pasportlarının ölkədə etibarlı olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti “České noviny”-yə istinadən yazır.

Qeyd olunur ki, Çexiyada olan bütün belə pasport sahibləri dərhal ölkəni tərk etməlidirlər.

Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariana Vernerovanın sözlərinə görə, belə bir sənədlə ölkədə qalan istənilən rus artıq qeyri-qanuni mühacir hesab olunacaq.

…Çexiya iyulun 3-dən Rusiya Federasiyasının biometrik olmayan pasportlarını tanımır. Belə pasportlara malik Rusiya vətəndaşlarının Çexiyada qalması qadağan ediləcək. Çexiya Xarici İşlər Nazirliyi bu barədə Avropa İttifaqının səlahiyyətli orqanının iclasında məlumat verib və digər dövlətləri də oxşar şəkildə hərəkət etməyə çağırıb. Danimarka artıq oxşar tədbirləri tətbiq edib.

Bunu çex nəşri yazır.

Qeyd edək ki, bundan əvvəl, Çexiyanın Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacağı məlum olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə