Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın mərkəzində 5,4 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Tokio ilə qonşu olan Çiba prefekturasında, 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra insan tələfatı və dağıntılar barədə məlumat verilməyib və sunami təhlükəsi aradan qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə