Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin 2024-cü ilin noyabrında Qazaxıstana səfər etmək dəvətini qəbul edib. SİA xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan Respublikasının prezidentlik mərkəzində Tokayevlə Putin arasında görüş olub. Tokayev Rusiya liderinin 2024-cü ilin noyabrında Qazaxıstana növbəti səfərini və bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ali Şurasının iclasında iştirakla birləşdirməyi təklif edib. Dəvət Putin tərəfindən qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB