ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

ABŞ Müdafiə Departamenti Ukraynanın vacib təhlükəsizlik və müdafiə ehtiyaclarını qarşılamaq üçün əlavə yardım paketini təsdiqləyib. SİA-nın Müdafiə Departamentinə istinadla verdiyi məlumata görə, təxminən 2,3 milyard dollarlıq paketin 150 milyon dollarlıq hissəsinə hava hücumundan müdafiə vasitələri, artilleriya və digər atəş vasitələri, tank əleyhinə silahlar daxildir. Həmçinin Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində digər 2,2 milyard dollarlıq hissə NASAMS və “Patriot” hava müdafiə sistemlərinə önləyicilərin, zireh əleyhinə sistemlərin, taktiki aeronaviqasiya sistemlərinin, mərmilərin və s. alınması üçün nəzərdə tutulub.

Yeni paket 2021-ci ilin avqustundan bu yana Bayden administrasiyası dövründə Ukraynaya ayrılan 6-cı yardım paketidir.

Bütün xəbərlər Facebook səhifəmizdə