Soçi limanında qayıq partlayıb...

...Qayıq Soçi limanında partlayıb. Həmən vaxt qayıqda iki nəfər olub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə iyunun 2-də baş verib. Partlayış anı müşahidə kamerasına düşüb.

Deməli, “ChP Sochi” Telegram kanalının verdiyi məlumata görə, partlayış o qədər güclü olub ki, qayığın bütün gövdəsi çatlayıb və şüşəsi sınıb.

Qeyd etdiyimiz kimi, həmin vaxt qayıqda iki sərnişin olub. İlkin məlumata görə, partlayışa səbəb benzin buxarlarının toplanması olub.

Qayıqda olanlar arasında xəsarət alan olmayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə