Ukrayna pilotsuz təyyarəsi Belqorod vilayətinə hücum edib

Bir nəfər yaralanıb

...Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kiyev rejiminin Rusiya ərazisində terror aktı törətmək üçün növbəti cəhdini dayandırıb.

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Belqorod vilayəti səmasında vurulub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyi bildirib.

Hərbi idarənin məlumatına görə, hədəf Moskva vaxtı ilə saat 20.10 radələrində aşkar edilib. Təyyarə tipli PUA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Bundan əvvəl vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram-da məlumat vermişdi ki, Qrayvoronski şəhər rayonunun bir neçə kəndi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb.

Qolovchino kəndi yaxınlığında dron əkin sahəsində işləyən “KamAZ” markalı yük maşınına hücum edib. Sürücü xəsarət alıb və ağır vəziyyətdə 2 saylı Belqorod şəhər xəstəxanasına yerləşdirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə