Avropa və ABŞ-da seçkilərin qalibi artıq məlumdur - bu, Vladimir Putindir...

Avropa və ABŞ-ı zəiflətmək üçün heç nə etməyə belə ehtiyac yoxdur - onlar bunu özləri mükəmməl şəkildə edirlər

...Fransadakı parlament seçkilərinin əsl qalibi artıq məlumdur - bu, Vladimir Putindir.

Belə görünür ki, elə həmin şəxs də, ABŞ-da prezidentlik yarışının əsas qalibi kimi ortaya çıxacaq.

Təbii ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəlsə, bu dəfə Kremldə “şampan çay kimi axacaq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri fransalı politoloq Nikolas Tenze “L’Express”ə müsahibəsində deyib.

Ekspertin fikrincə, bütün Avropada və xüsusən də Fransada sağın lider mövqeyi, həmçinin Trampın Vaşinqtonda üstünlüyü Rusiyaya “gözlənilməz hədiyyə” olub.

…Məhz elə buna görə də, Avropa və ABŞ-ı zəiflətmək üçün heç nə etməyə belə ehtiyac yoxdur - onlar bunu özləri mükəmməl şəkildə edirlər.

…On görə də, bir şeyi əminliklə demək olar: Vladimir Putin artıq bu parlament seçkilərinin əsl qalibi olub.

Ehtiyatsız və riskli qərar nəticəsində yeganə nüvə dövləti və Avropa İttifaqından BMT Təhlükəsizlik Şurasının yeganə daimi üzvü olan Fransa indi tamamilə və dönməz şəkildə zəifləyib.

Üstəlik, noyabrın 5-də Donald Tramp qalib gəlsə, Kremldə kürü dağları və şampan çayları olacaq. Bu, bizim tərəfimizdən tamamilə intihardır.

Fransalı politoloq bunu əminliklə iddia edir.

…Nikolas Tenze, parlamenti buraxarkən Fransanın dünya və Avropadakı mövqeyinə, ekzistensial təhlükəsizlik məsələlərinə və Parisdən üç saatlıq məsafədə müharibəyə göz yuman Emmanuel Makronu tənqid edib.

Təhlilçinin fikrincə, Qərb bu cür hərəkətlərlə sürətlə “qaranlıq əsrlərin qayıdışından xəbər verən fəlakət ssenarilərinə” yaxınlaşır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə