Ukrayna Silahlı Qüvvələri nə vaxt hücuma keçəcək..?

...Amerika silahları Ukraynaya may-iyun aylarında daxil olmağa başladı və bu rus qoşunlarının Xarkov vilayətində irəliləyişini dayandırmağa kömək etdi.

Avropa da öz daxilində ehtiyat axtararaq, Ukrayna üçün sursat və hərbi texnika tədarükünü artırmağa çalışır.

Digər tərəfdən, Ukrayna daim yardım üçün uzun müddət gözləməli olur, buna görə də hərbi məqsədlərinə nail ola bilmir.

SİA-nın əldə etdiyi məlumata görə, prezident Vladimir Zelenski bunları deyərkən, bir az incik düşdüyünü də gizlətməyib.

...Təbii ki, kifayət qədər silah olduqda, Ukrayna Silahlı Qüvvələri qəti addımlar atmağa hazır olacaq.

Qeyd edək ki, Bloomberg-ə müsahibəsində Zelenski cəbhədəki vəziyyəti “dalan nöqtə” adlandırmaqdan imtina etdi.

Onun sözlərinə görə, ordu hissələri indi bir neçə ay əvvəlkindən daha yaxşı təchiz olunub və onlar lazımi səviyyədə silahlandıqda yeni əks-hücum başlayacaq.

...Bu, çıxılmaz nöqtə deyil, problemli vəziyyətdir.

Zelenski deyib bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə