ABŞ Yaponiyadakı hava qüvvələrini 10 milyard dollara modernləşdirəcək

Söhbət ən qabaqcıl taktiki təyyarələrin yerləşdirilməsindən gedir Pentaqon Yaponiyada yerləşdirilmiş taktiki hərbi aviasiya qrupunu yeniləmək niyyətindədir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Ştatlar bu məqsədlər üçün 10 milyard dollar ayıracaq.

Pentaqonun açıqlaması qeyd edir ki, bu məbləğ

ABŞ-Yaponiya ittifaqının gücləndirilməsi, regional çəkindirmə, Hind-Sakit okean regionunda sülh və sabitlik üçün sərmayə edilir.

Söhbət ABŞ-ın xidmətdə olduğu ən qabaqcıl taktiki təyyarənin Yaponiyada yerləşdirilməsindən getdiyi vurğulanır.

ABŞ ordusu bildirib ki, Kadena bazasında ABŞ Hərbi Hava Qüvvələri 48 F-15C/D qırıcısını 36 F-15EX ilə əvəz edəcək.

Bundan başqa, ABŞ Dəniz Piyadaları Korpusu İvakuni bazasında yerləşdirilən F-35B-lərin bəzilərini modernləşdirməyi planlaşdırır.

SİA bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə