Rusiya rumıniyalı diplomatı deportasiya edəcək

Rusiya rumıniyalı diplomatı deportasiya etmək qərarına gəlib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən bəyanatda Rumıniyanın Moskvadakı səfiri Kristian İstratenin nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda Rusiyanın Rumıniyadakı səfirliyində işləyən diplomatın heç bir əsas olmadan “arzuolunmaz şəxs” elan edildiyi xatırladılıb və bu vəziyyətə kəskin etiraz bildirilib.

“Qarşılıqlılıq prinsipinə əsaslanaraq K.İstrateyə Rumıniyanın Rusiyadakı səfirliyində işləyən diplomatın deportasiya ediləcəyi barədə məlumat verilib”, - deyə bəyanatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə