Novı Urenqoyun keçmiş meri rüşvət işi ilə bağlı həbs edilib

...Yamal qubernatorunun keçmiş müavini və Novı Urenqoyun keçmiş meri Andrey Voronov Moskvada saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Moskvanın Basmannı rayon məhkəməsinə Voronov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı materiallar daxil olub.

Daha sonra Moskva məhkəmələrinin birgə mətbuat xidməti məmurun ən azı 2024-cü il sentyabrın 1-dək istintaq təcridxanasına göndərildiyini bildirib.

...İstintaqın məlumatına görə, Yamalo-Nenets Muxtar Dairəsi qubernatorunun müavini vəzifəsini tutan Voronov ailəsinə faktiki olaraq məxsus olan yaşayış binasında layihələndirmə xidmətlərinin göstərilməsi və pulunun ödənilməsi şəklində təşkilatın nümayəndələrindən rüşvət alıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə