Şolz Almaniyanın Ukraynadakı münaqişədə iştirakından danışıb

Almaniya kansleri Olaf Şolz ölkəsinin Ukraynadakı münaqişənin tamhüquqlu tərəfinə çevrilməyəcəyinə zəmanət verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb.

Deməli, Almaniya kansleri bunu Bundestaqda çıxışı zamanı bildirib.

Deputatların suallarını cavablandıran Şolz Almaniyanın Ukraynadakı döyüşlərə qoşulmayacağına zəmanət verib. ...Bəli, mən bu zəmanəti verirəm. Mən kansler kimi buna zəmanət verirəm, - o deyib.

Eyni zamanda, Şolz daha əvvəl NATO-nun Ukraynadakı münaqişədə iştirakı ilə bağlı oxşar bəyanatla da çıxış edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə