Peskov ŞƏT-in genişləndirilməsi imkanlarını dəyərləndirib

Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasında məqsəd heç kimə rəqabət yaratmaq deyildi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ŞƏT assosiasiya ölkələri üçün rahat atmosfer təmin etmək üçün yaradılıb.

Kreml nümayəndəsi qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının sonsuz genişlənmə potensialı yoxdur.

Eyni zamanda, təşkilat hər kəs üçün açıqdır.

Peskovun Life müxbirinə verdiyi məlumata görə, Şanxay Əməkdaşlıq Təşkilatı yeni üzvlərlə də maraqlanır.

Məqsəd mümkün qədər çox ölkənin müxtəlif şərtlər altında qoşulmasıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə