Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 24-cü sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə keçirdiyi görüşünün mətbuata açıq hissəsində etdiyi çıxışında deyib:
"Uzun müddətdir ki, əziz dostumla görüşə bilmirik. Telefon əlaqəsi saxlayırıq. Amma dostlarımız daim bir-biri ilə əlaqə saxlayırlar. Nazirlərimiz hər zaman əlaqə saxlayırlar".
Atom elektrik stansiyaları ilə bağlı ciddi addımlar atacaqlarını vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib:“Sinop Atom Elektrik Stansiyası ilə bağlı müzakirələr aparırıq. İnanırıq ki, bununla bağlı ciddi addımlar ata bilərik. Enerji və təbii sərvətlər nazirimiz bu məsələ ilə bağlı həmkarı ilə müzakirələrini davam etdirir”.
BOTAŞ və QAZPROM arasındakı əlaqənin səmimi atmosferdə davam etdiyini bildirən Rəcəb Tayyib Ərdoğan deyib:
“Rusiya-Türkiyə arasındakı 55 milyard dollarlıq ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyirik. Bu hədəfə nail olacağımıza inanıram.Bizim belə bir potensialımız var”.
7 milyona yaxın rusiyalı turistin Türkiyəyə gəlməsinin çox vacib olduğunu vurğulayan R.T.Ərdoğan deyib: “Rusiyalı turistləri Türkiyədə qəbul etmək vacibdir. Bu məsələdəki səmimiyyətimiz eyni qətiyyətlə davam edir. Eyni şəkildə davam etdirəcəyik''.

Rəcəb Tayyib Ərdoğan çıxışının zonunda rusiyalı həmkarını Türkiyəyə dəvət etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə