Türkiyə XİN Yaxın Şərq və Suriya ilə bağlı bəyanat verdi

Türkiyə güclü tarixi və mədəni bağlara malik olduğu Yaxın Şərqdə sülh, sabitlik və rifahın bərqərar olmasını istəyir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Yaxın Şərq və Suriya siyasətimizlə bağlı irəli sürülən iddialar heç bir analitik keyfiyyət daşımır və hətta təməl tarixi bilgidən belə məhrumdur. Xarici siyasətini milli maraqlarına uyğun olaraq yeniləyən ölkəmiz təhlükəsizliyimizə təhdidlərə qarşı lazımi tədbirləri görməkdən çəkinmir.

Türkiyə Suriyada vətəndaş iğtişaşları nəticəsində baş verən humanitar faciəyə qarşı əvvəldən prinsipial mövqe nümayiş etdirib.

İllərdir Türkiyə bilərəkdən od halqasına çevrilmiş bir coğrafiyada sülh və sabitlik adasına çevrilməyi bacarıb. Ölkəmiz bölgədəki müharibələrdən kənarda qalmamaqla yanaşı, həm də dövlətlərin sülh və təhlükəsizliyini möhkəmləndirib. Bu prosesdə müdafiə qabiliyyətini də inkişaf etdirən ölkəmiz öz coğrafiyasında fəlakətlərin qarşısını ala, artıq terrorla sərhəddən kənarda da mübarizə apara bilib.

Bütün bu faktlara məhəl qoymayan, sırf siyasi maraqlar naminə əsassız ittihamlar irəli sürənlər regionumuza nüfuz etməyə çalışan hakim güclərin vəkillərinə çevrilir. Biz bundan sonra da xarici siyasətdə dövlətimizin və millətimizin maraqlarına uyğun addımlar atacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə