Rusiya yığmasının məşqçisi terror işi ilə bağlı saxlanılıb

...Moskvada sərbəst güləş üzrə Rusiya gənclər yığmasının məşqçisi Əlişiri İsmətzoda terrorçuların fəaliyyətinə şərait yaratmaqda şübhəli bilinərək saxlanılıb. Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, iddialara görə, istintaq İsmətzodanın həbsini tələb edir.

Məşqçiyə qarşı irəli sürülən ittihamların mahiyyəti hələlik açıqlanmayıb. Rusiya Güləş Federasiyası yalnız onun saxlanmasını təsdiqləyərək, baş verənlərlə bağlı məlumatın təşkilat üçün "şok" olduğunu əlavə edib.

Deyilənlərə görə, Əlişiri İsmətzoda Rusiya gənclər yığmasından əlavə, Moskva 1 nömrəli orta ixtisas olimpiya ehtiyatları məktəbində məşqçi işləyir. O, buna qədər Rusiyanın yeniyetmə qadınlardan ibarət yığmasını, eləcə də Moskvanın kişilərdən ibarət yeniyetmələrdən ibarət yığmasını çalışdırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə