Avtomobil kommunal qəza nəticəsində palçıq çuxuruna düşüb

Rusiyada dayanacaqda qalan "Jeep Cherokee" markalı avtomobil hidravlik sınaqlar zamanı kommunal qəza nəticəsində palçıq çuxuruna düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda avtomobilin bir dəqiqə ərzində yaranan çuxura necə batdığını görmək olar.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin avtomobillə bağlı bunu demək mümkün deyil. Xilasedicilər kran vasitəsilə avtomobili çuxurdan çıxararaq evakuatora yükləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə