Təyyarədə 30 nəfər xəsarət alıb

“Air Europa” şirkətinə məxsus İspaniyadan Uruqvaya uçan “Boeing 787-9 Dreamliner” təyyarəsi turbulentə düşüb. SİA CNN-ə istinadən xəbər verir ki, turbulentlik nəticəsində 30 sərnişin xəsarət alıb.

“Əllərində, üz və ayaqlarında sınıq və xəsarət alan sərnişinlər var. Təxminən 30 nəfər yaralanıb”, - deyə nəşr yazır.

Telekanalın məlumatına görə, təyyarə Madriddən Montevideoya uçurakən Braziliyanın Natal şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

May ayında Sinqapur Hava Yollarına məxsus təyyarənin sərnişini güclü turbulentlik səbəbindən dünyasını dəyişmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə