Qardaş oğlu Çeçenistan Təhlükəsizlik Şurasının katibi olub

...Çeçenistan rəhbəri Ramzan Kadırov qardaşı oğlu Həmzətinin respublikanın Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.

Bundan başqa, Turpal-Əli İbrahimov Çeçenistanın Şalinski rayonunun yeni rəhbəri təyin edilib. Kadırovun sözlərinə görə, o və Həmzət onlara tapşırılan vəzifələrin öhdəsindən layiqincə gələcəklər, çünki onların “rəhbər vəzifələrdə zəngin təcrübələri” var.

...Görüş zamanı mən Çeçenistan Respublikasının Şalinski rayonunun administrasiyasının rəhbərliyində kadr dəyişikliyi ilə bağlı təkliflər verdim. Rayonun yeni başçısı əziz QARDAŞ Turpal-Əli İbrahimov olacaq. Hörmətli QARDAŞ OĞLU Xamzat Kadırov Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib. Onların hər ikisi rəhbər vəzifələrdə böyük təcrübəyə malikdir və onlara tapşırılan vəzifələrin öhdəsindən gələcəklər.

Ramzan yazıb bunu.

Bundan əvvəl Kadırovun böyük oğlu Axmat Çeçenistanın idman naziri təyin edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə