Sankt-Peterburqda qasırğa tikinti kranını aşırıb...

Küləyin sürəti saniyədə 31 metrə çatır

...Güclü qasırğa Sankt-Peterburqu bürüdyüb. Şimal paytaxtının sakinləri sosial şəbəkələrdə hər şeyin uçduğu videolar paylaşırlar: dam örtükləri, zibil qutuları, reklam plakatları. Və daha nələr...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tikinti kranı qasırğanın şiddətinə tab gətirə bilməyib.

Belə ki, onun Prospekt Bolşevikov metrostansiyası yaxınlığında yıxılma anı Peter Live kanalının abunəçiləri tərəfindən kameraya düşüb.

Bryantsev küçəsində isə güclü külək supermarketin damını uçurub.

Sinoptiklərin məlumatına görə, küləyin sürəti saniyədə 31 metrə çatıb, şəhərə güclü yağış yağıb.

Sankt-Peterburqun bir neçə rayonunda qasırğa ağacları aşırıb və hətta onlardan biri tramvay relsləri üzərinə düşüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə