Zaxarova Baydeni qurban adlandırıb

...Amerika lideri Cozef Bayden onu hakimiyyətə gətirənlərin qurbanıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin efirində bildirib.

...O, həm də tam şüursuz vəziyyətdə onu hakimiyyətə gətirənlərin qurbanıdır. Əslində, o, belə seçilib və səlahiyyət müddətini də belə başa vurur.

Bunu, təbii ki, rusiyalı diplomat bildirib.

Yeri gəlmişkən, Baydenin kampaniyası əvvəllər onu başqası əvəz edərsə, xaos barədə xəbərdarlıq etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə