Tacikistanda çevriliş olub..?

Məmurların kütləvi həbslərinin arxasında nə dayanır..?

...Tacikistanın prezidenti Emomali Rahmon sui-qəsdçilərə qarşı mübarizə aparır. Verilən xəbərlərə görə, ölkədə xeyli məmur həbs edilib. Bu, Mərkəzi Asiyadakı təlatümlərin daha bir sübutudur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, media mənbələri bu günlərdə Tacikistan Ali Şurasının keçmiş sədri, hətta vaxtilə ölkənin prezidenti səlahiyyətlərini icra edən, keçmiş xarici işlər naziri Həmroxon Zərifi və deputat Səidcəfər Usmonzoda da daxil olmaqla 50-yə yaxın adamın həbs olunduğunu və dindirildiyini bildirir.

Qeyd edək ki, sonuncu Demokrat Partiyasının keçmiş lideri olub.

Qeyd edək ki, Qırğızıstan jurnalisti və eksperti Artem Xan ukraynalı publisist Vitali Portnikovla söhbətində Tacikistanda dövlət çevrilişi hazırlandığını və bu təmizləmənin Rəhmonun hakimiyyəti oğlu Rüstəmə keçirməyə hazırlaşdığını göstərə biləcəyi fikrini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə