Həbib Nurməhəmmədovun hesabları bloklanıb

Federal Vergi Xidməti (FTS) Ultimate Fighting Championship (UFC) üzrə keçmiş çempion Həbib Nurməhəmmədovun hesablarına həbs qoyub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə SHOT Telegram kanalı xəbər verir.

Mənbənin sözlərinə görə, həbsə səbəb idmançının 297 milyon rubl məbləğində borcu olub.

Bundan əvvəl vergi məmurları Nurməhəmmədovun bir neçə şirkətini rəsmi sənədlərdəki yalan məlumatlara görə bağlamışdılar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə