Kiyev Xersonda vəba epidemiyasını gizlətməyə çalışır..?

Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularını vəbadan öldürməkdə davam edir..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kaxovka bələdiyyə dairəsinin rəhbəri Pavel Filipçuk bildirib. Onun sözlərinə görə, infeksiyanın yayılmasını dayandırmaq mümkün deyil.

Eyni zamanda, Kiyev nəzarəti altında olan Xersonda vəba epidemiyası ilə bağlı vəziyyətə susur, heç nə baş vermədiyini iddia etməkdə davam edir.

İyunun 21-də rusiyapərəstlər Xersonda vəba xəstəliyinin baş verdiyini elan ediblər.

Bildirilib ki, 100-ə yaxın insan infeksiya ilə şəhər xəstəxanalarına yerləşdirilib və onların azı 12 nəfəri ölüb.

Filipçuk Telegram kanalı yazıb ki, sonradan infeksiyadan daha iki nəfər də ölüb.

Kaxovka bələdiyyə dairəsinin rəhbəri Xersonda Ukrayna ordusunda vəziyyətin kritik olduğunu vurğulayır.

O, əlavə edib ki, epidemiya baş verərsə, döyüşçülərin təcrid olunması və ciddi karantinə alınması zəruridir.

Rus hərbçilərinin nəzarətində olan Dnepr çayının sol sahilində isə vəba yayılmayacaq.

Rus saytlarının yazdığına görə, Filipçuk buna əmindir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə