Rusiya işçi qüvvəsi çatışmazlığını həll etməyin yolunu tapıb

Rusiya Federasiyasının Əmək Nazirliyi əlilləri işlə təmin etməklə, kadr çatışmazlığı problemini qismən həll etməyə hazırlaşır.

SİA RBC-ə istinadən xəbər verir ki, departament onlardan bəzilərinin fərdi gəlir vergisindən azad edilməsi və öz biznesini qurarkən dəstək verilməsi üçün təkliflər hazırlayacaq.

Nazirlik qeyd edib ki, konsepsiyanın məqsədi əlilliyi olan vətəndaşların peşəkar şəkildə özünü həyata keçirməsinə şərait yaratmaqdır. Hazırda bu məsələnin sənaye idarələri, işəgötürənlər birlikləri, ictimai və ekspert təşkilatları tərəfindən öyrənildiyi vurğulanır.

Konsepsiyada əlilliyi olan şəxslərin məşğulluq səviyyəsinin artırılması üzrə müxtəlif dövlət siyasəti tədbirləri, xüsusilə işəgötürənlərin dəstəklənməsi və onların məsuliyyətinin gücləndirilməsi tədbirləri, işləyən əlillər üçün güzəştlər, sahibkarlığa dəstək göstərilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə