Rusiya Ukrayna məsələsi ilə bağlı hər cür dialoqa açıqdır

Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov ölkəsinin Ukrayna məsələsi ilə bağlı hər cür dialoqa açıq olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Rusiya Prezidentinin mətbuat katibi “Rusiya Ukrayna ilə vasitəçilər yoluyla danışıqlara hazırdırmı?" sualına belə cavab verib: "Rusiya prezidenti Vladimir Putin qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər cür ünsiyyət və dialoqa açıq olduğunu dəfələrlə bildirib. Putin buna açıqdır və bunu hər zaman dilə gətirib".

D. Peskov Ukrayna əsgərlərinin Belarus sərhədində cəmləşməsi ilə bağlı suala da belə cavab verib: “Əlbəttə bu vəziyyət təkcə Minski deyil Moskvanı da narahat edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə