Macarıstan Avropa İttifaqı üçün qollarını "çırmaladı"..?

İyulun 1-dən Avropa İttifaqına (Aİ) dövri sədrlik Macarıstana keçdi.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Avropa İttifaqı üzvləri arasında növbə ilə həyata keçirilən dövri sədrliyini Belçikadan təhvil alan Macarıstan bu vəzifəni 6 ay icra edəcək.

Macarıstanın prioritetləri bunlardır: fermer yönümlü Avropa İttifaqı kənd təsərrüfatı siyasəti, ardıcıl və ləyaqətə əsaslanan genişlənmə, demoqrafik problemlərin həlli, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, Avropanın müdafiə siyasətinin gücləndirilməsi, üzv dövlətlər arasında birləşmə planının formalaşdırılması və Yeni Avropa Rəqabətlilik Sazişinin qəbulu.

Dövrün sədrliyi şüarını "Avropanı yenidən möhtəşəm et" (Make Europe Great Again) olaraq təyin edən Macarıstan bildirib: “Aktiv və təşəbbüskar sədrlik edə, üzv ölkələrlə birlikdə daha güçlü ola və Avropanı müstəqil qlobal oyuncuya çevirə bilərik."

Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi dövr sədrlik 6-9 iyun tarixlərində keçirilən Avropa Parlamentinə seçkilərin Aİ administrasiyasını yenidən formalaşdırdığı dövrə təsadüf etdi. Bu səbəbdən dinamik qanunvericilik prosesi olmasa da, rəsmi Budapeştin siyasi baxışının gündəlikdə olacağı dövr gözlənilir.

Qeyd edək ki, Macarıstan hökuməti son illər ölkədə demokratik prinsiplərin aşağı düşməsilə bağlı Aİ ilə gərginlik yaşayır. Hətta “Macarıstanın ittifaqın qanunlarını pozduğu” səbəbilə barəsində məhkəmə prosesi gedir və onun Avropa İttifaqı fondlarından alacağı məbləğin böyük bir hissəsi buna görə bloklanır.

Macarıstan Avropa İttifaqı dövri sədrliyini 2025-ci il yanvarın 1-də Polşaya təhvil verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə