Trampın hüquqi toxunulmazlığı təsdiqlənib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hüquqi təqibdən qismən toxunulmazlığa malikdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Ali Məhkəməsi qərar verib.

Reuters xəbər verir ki, Ali Məhkəmə Trampın toxunulmazlıq tələbini rədd edən aşağı instansiya məhkəməsinin qərarından şikayətinə baxıb.

Ali Məhkəmənin qərarında deyilir ki, keçmiş Amerika prezidentləri şəxsi vətəndaş kimi deyil, konstitusiya səlahiyyətləri çərçivəsində etdikləri hərəkətlərə görə təqibdən qorunur.

Baş hakim Con Roberts mühafizəkar çoxluq adından qərarı elan edib: məhkəmənin doqquz üzvündən altısı mühafizəkar hökmün lehinə səs verib, üç liberal hakim isə etiraz edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə