Zelenskinin həyat yoldaşı ən yeni Bugatti Tourbillon alır...

Qeyd edək ki, avtomobilin dəyəri 4,5 milyon avrodur...

...Bu arada Yelena Zelenskaya rəsmi onlayn təqdimatı 2024-cü il iyunun 20-də baş tutan ən yeni hibrid idman avtomobili Bugatti Tourbillon-un ilk sahibi oldu.

SİA xəbər verir ki, bu barədə Fransanın “Verite Cachee France” nəşri Parisdəki Bugatti avtosalonunun əməkdaşına istinadən məlumat yayıb.

Jurnalistlərin ixtiyarında onun sahibinin - Yelena Zelenskayanın adının göstərildiyi elit avtomobilin qəbzinin fotoşəkili var idi.

Ödəniş sənədinə əsasən, sportkarın başlanğıc qiyməti 3,91 milyon avro təşkil edir, lakin əlavə variantlarla, xüsusilə qara karbon kuzov rəngi ilə o, 4,482 milyona yüksəlib.

Nəşrin məlumatına görə, iyun ayında Müttəfiqlərin Normandiyaya enişinin ildönümünü qeyd etmək üçün səfəri zamanı Zelenski cütlüyü Bugatti Tourbillon-un rəsmi elanından iki həftə əvvəl baş tutan qapalı təqdimat mərasimində iştirak edib.

Məhz o zaman Ukraynanın birinci xanımı diqqətini istehsalçıya görə, cəmi 250 ədəd istehsal ediləcək elit idman avtomobilinə dikib.

...Zelenskaya dərhal istehsalına 2026-cı ildə başlanacaq avtomobillərdən birini alıb və bununla da ilk Bugatti Tourbillon-un sahibi olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə