Belqorod vilayətində üç kənd və bir şəhərə hücum edilib

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr Belqorod vilayətində məskunlaşan ərazilərə hücum edib. Dağıntı olub, lakin tələfat yoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib.

Bölgə rəhbərinin sözlərinə görə, Borisov rayonunun Boqun-Qorodok kəndində pilotsuz təyyarələrin hücumundan sonra beş fərdi yaşayış evi dağılıb.

Qrayvoronski şəhər rayonunda kamikadze pilotsuz uçan aparat yaşayış binasına hücum edib. Hücum nəticəsində pəncərələr sındırılıb.

Qladkovun Telegram kanalında yazdığı kimi, pilotsuz təyyarələrdən döyüş sursatı atıldıqdan sonra Bezymeno kəndində iki fərdi ev yanıb.

...Və yanğınlar dərhal söndürülüb.

Bessonovka kəndində kənd təsərrüfatı müəssisəsinin ərazisinə basqın edilib, rabitə qurğusu və istehsalat sahəsinin dam örtüyü zədələnib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə