Türkiyə Qırqızıstana başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyi Qırğızıstanda baş verən daşqınlar nəticəsində həyatını itirənlərlə əlaqədar bu ölkəyə başsağlığı verib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Xarici İşlər Nazirliyi Qırğızıstanın Oş vilayətinin Nokat şəhərində baş verən daşqınlarla əlaqədar bəyanat yayıb.
Bəyanatda bu ifadələrə yer verilib:''Daşqınlar nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Qırğızıstan xalqına başsağlığı verir ''keçmiş olsun'' arzularımızı çatdırırıq. Türkiyə təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması üçün hər cür yardıma hazırdır''.
Qeyd edək ki, Qırqızıstanda baş verən daşqınlar insan tələfatına sabəb olub. 1000-dən çox adamın təxliyə edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə