Almaniyanın 2024-cü ilin 6 ayında silah ixracatı

Almaniya hökuməti 2024-cü il yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah ixracına icazə verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Almaniya DPA xəbər agentliyinin verdiyi məlumata görə, parlamentin sualını cavablandıran hökumət yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah və hərbi texnikanın satışına icazə verdiyini açıqlayıb. Bu rəqəm 2023-cü ilin birinci yarısı ilə müqayisədə 30 faiz çoxdur.

İxrac təsdiqinin təxminən 65 faizinin (4,88 milyard avro) Almaniyanın Rusiyaya qarşı dəstəklədiyi Ukraynaya aid olduğu bildirilib.

Ukraynadan sonra silah ixracına ən çox razılıq alan ölkələr Səudiyyə Ərəbistanı, Sinqapur, Hindistan və Qətərdir.

Xatırladaq ki, Almaniya hökuməti 2023-cü ildə xaricə təxminən 12,2 milyard avroluq silah və hərbi texnikanın satışını təsdiqləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə