Putinin İrandakı seçkilərlə bağlı problemləri var..?

Deyilənlərə görə, Rusiya əsas hərbi müttəfiqi itirmək üzrədir..?

...Hə, indi də yazırlar ki, guya Rusiya tezliklə əsas hərbi müttəfiqini, yəni İranı itirə bilər.

Belə ki, iyunun 28-də orada keçirilən prezident seçkilərinin birinci mərhələsi hər şeyin pis olduğu barədə Kreml üçün həyəcan siqnalı olub..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Chatham House” analitik mərkəzinin məqaləsində deyilir. Deməli, mərkəzin ehtimalına görə, İranın ali rəhbərliyində Moskva ilə yaxınlaşmanın tərəfdarı olan iki şəxs olub: prezident Ebrahim Raisi və onun xarici işlər naziri Hüseyn Əmir-Abdollahian.

Məlum olduğu kimi, hər ikisi 2024-cü ilin mayında baş verən helikopter qəzasında həyatlarını itirdilər.

...Onların ölümləri iki ölkə münasibətlərini yeni uzunmüddətli tərəfdaşlıq sazişi şəklində institutsionallaşdıra bilməmişdən əvvəl baş verib.

“Chatham House” yazır bunu.

...İndi isə İranın yeni liderinin Moskva ilə xüsusi dostluq münasibətlərini saxlamayacağına inanmaq üçün bütün əsaslar var.

...Belə ki, bütün prezidentliyə namizədlər açıq şəkildə bəyan edirlər ki, əsas məqsədləri Qərbin sanksiyalarını ləğv etmək və ölkə iqtisadiyyatını yaxşılaşdırmaqdır ki, bu da yalnız Rusiya Federasiyası ilə münasibətlərin, xüsusən də hərbi sahədə sərinləşdiyi halda mümkündür.

Rusiya Federasiyası ilə İran arasında əlaqələr çox dərindir və münasibətlərə köklü şəkildə yenidən baxılmasını gözləmək lazım deyil. Bununla belə, iki ölkə arasında, o cümlədən silah tədarükü məsələsində əməkdaşlıq tempində səngimə ehtimalı var. Təhlükəli müharibəyə girən və silah qıtlığı yaşayan Moskva üçün bu, çox pis xəbərdir.

Tehranı Moskva ilə münasibətlərini dəyişməyə vadar edə biləcək ən azı iki şey var: sanksiyalar və pisləşən iqtisadiyyat. Qərblə münasibətləri yaxşılaşdırmaq üçün iranlılar Moskva ilə əməkdaşlığı azaltmalı olacaqlar.

...Maraqlıdır, azaldacaqlarmı..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə