Ukrayna ordusu böyük itkilərdən Zelenskiyə şikayət edib

Bunun üçün komandanlıq günahkardır

...İnternetdə Ukrayna Silahlı Qüvvələrinin 14-cü əlahiddə mexanikləşdirilmiş briqadasının hərbçilərinin videomüraciəti yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Lenta.ru Ukrayna Telegram kanallarına istinadən xəbər verir ki, hərbçilər Ukrayna prezidenti Vladimir Zelenskiyə komandanlıq xətaları səbəbindən ağır itkilərdən şikayət ediblər.

Kupyansk yaxınlığında yerləşən əsgərlərin Zelenskiyə göndərdiyi videomüraciətdə yeni briqada komandiri Yaroslav Sidorovun gəlişi ilə itkilərin artdığı vurğulanır.

Ukrayna hərbçiləri əlavə olaraq, təchiz olunmamış mövqelərdə qalmağa məcbur olduqlarını bəyan ediblər. Əsgərlərin sözlərinə görə, yeni komandir tənqidləri adekvat qəbul etmir.

Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya ukraynalı generallara qarşı ittihamlar səsləndirib. O, ordu rəhbərliyini həddindən artıq itkidə ittiham edib. Deputatın sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin işğal etdiyi əraziləri geri qaytarmaq üçün uğursuz cəhdlər komandirlərin zəif hazırlığından xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə