Ruslar Belqorod vilayətinə onlarla bomba “atdılar”

Ruslar bir il ərzində onlarla hava bombasının Belqorod bölgəsində salıblar. Onlar adətən belə silahlarla Ukraynaya hücum edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna “The Washington Post”-a istinadən xəbər verir.

Nəşr Ukrayna kəşfiyyatının ələ keçirdiyi daxili Rusiya sənədinə istinadən iddia edir ki, 2023-cü ilin aprelindən 2024-cü ilin aprelinə qədər Belqorod vilayətinə ən azı 38 hava bombası düşüb.

Bombaların əksəriyyətini mülki şəxslər - meşəçilər, fermerlər və ya ətraf kəndlərin sakinləri tapıblar. Lakin əksər hallarda Rusiya Müdafiə Nazirliyi bombaların nə vaxt buraxıldığını bilmir.

Buna görə də, sursatın bir hissəsi orada bir neçə gün qala bilər.

Deyilənlərə görə, Belqoroda ən azı dörd bombanın düşdüyü bildirilir. Daha yeddisi rayon mərkəzinin yaxınlığında tapılıb. Ən çox, 11 bomba isə Ukrayna ilə həmsərhəd Qrayvoronski rayonuna düşüb.

Həmçinin, “The Washington Post”-a görə, ələ keçirilən sənəddə bombanın zərərsizləşdirilməsi və evakuasiya üçün fövqəladə əmrləri göstərən insidentlər cədvəli var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə