Astanada antiterror əməliyyatı rejimi elan edilir

İyulun 2-dən Qazaxıstanın paytaxtında antiterror əməliyyatı rejimi tətbiq olunacaq. Belə ki, Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti açılacaq, dövlət və beynəlxalq təşkilatların rəhbərlərinin səfərləri gözlənilir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Deməli, iyulun 2-dən 5-dək baş tutacaq sammitdə bir çox beynəlxalq tədbirlər planlaşdırılır. Bu, xüsusilə, Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan Dövlət Başçıları Şurasıdır. Bununla əlaqədar ölkəmizə gələn xarici nümayəndə heyətlərinin, o cümlədən dövlət başçılarının və beynəlxalq təşkilatların rəhbərlərinin maksimum təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xüsusi rejimin iyulun 2-si saat 00:01-dən iyulun 4-ü saat 23:59-dək Şanxay Əməkdaşlıq Təşkilatı sammitinin keçiriləcəyi obyektlərin ərazisində, habelə mühafizə olunan şəxslərin getdiyi marşrutlarda qüvvədə olacağı dəqiqləşib.

Bundan əlavə, Astana, Almatı, Karaqanda və Kokşetau şəhərlərində bu dövr üçün terror təhlükəsinin orta sarı səviyyəsi müəyyən edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə