Məşhur aparıcının anası dənizdə boğuldu - FOTOLAR

Türkiyənin tanınmış jurnalisti və televiziya aparıcısı İsmail Küçükkayanın 75 yaşlı anası Halise Küçükkaya dənizdə boğularaq ölüb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyada baş verib.

Məlumata görə, Halise Küçükkaya tətil üçün getdiyi hotelin sahilində çimərkən birdən-birə çırpınmağa başlayıb. Hotelin xilasedicisi dərhal onu sahilə çıxarıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Aparılan ekspertiziyalar zamanı Halise Küçükkayanın infarkt keçirərək boğulduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə