Qırğızıstanın cənubunda təbii fəlakət: Faciənin arealı genişlənir

Qırğızıstanın cənubunda baş verən dəhşətli sel fəlakətinin nəticələri getdikcə daha da ağırlaşır. SİA xəbər verir ki, bu barədə Oş vilayəti Fövqəladə Hallar Nazirliyinin İdarəsindən xəbər verilib.

Bildirilir ki, ölənlərin sayı artıq 13 nəfərə çatıb, sel axınları nəticəsində itkin düşənlərin axtarışları isə davam etdirilir.

Qurumdan daşqın təhlükəsi barədə xəbərdarlıq edilib və qeyd edilib ki, ölkədə güclü yağışlar iyulun 2-nə qədər davam edəcək.

Nazirlik əhalini ehtiyatlı olmağa və təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə