Türkiyədə sərnişin avtobusu aşıb - xeyli sayda yaralı var

Türkiyənin Uşak şəhərində sərnişin avtobusu aşıb. SİA “Haber Global”a istinadən xəbər verir ki, hadisə Afyonkarahisar-Uşak yolunda baş verib.

Qəza nəticəsində 11 nəfər yaralanıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə