Fransada seçkilərin ilkin nəticələrindən sonra etiraz aksiyaları başlayıb

Fransada növbədənkənar seçkilərin birinci turunun ilkin nəticələri açıqlandıqdan sonra etiraz aksiyaları keçirilir. SİA xəbər verir ki, bu barədə Fransa KİV məlumat yayıb.

Lion şəhərində fransız nümayişçilər mağazaların pəncərələrini sındırıb, polis gözyaşardıcı qazdan istifadə edib.

İğtişaşçılar şəhərin mərkəzində yanğınlar törədib.

Həmçinin Parisdəki Respublika meydanında nümayişçilər tüstü bombaları yandıraraq seçkilərdə liderlik edən Milli Birlik partiyasına etiraz ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə