Çində güclü yağışlar səbəbindən 200 minə yaxın insan təxliyə edilib

Çin hakimiyyəti ölkənin şərqindəki Anhoy əyalətində güclü yağışlar səbəbindən təxminən 200 min sakini təxliyə edib. SİA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Məlumata görə, fəlakət zonasında 800 mindən çox insan var. Vəziyyət Avrasiyanın ən uzun və ən bol sulu çayı olan Yanszıda suyun səviyyəsinin kəskin artması ilə ağırlaşır. Patrul və bəndlərin möhkəmləndirilməsi üçün təxminən 26 min nəfəri səfərbər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə