Maldiv adalarının bayram cənnəti sehrli qalmaqalla sarsılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Prezident Muizzuya "qara sehr" göstərdiyi iddia edilən nazir həbs edilib.

Hind okeanında yerləşən Maldiv adalarında qara sehrli böhran yaşanır. Ekologiya, İqlim Dəyişikliyi və Enerji naziri Fathima Shemnaz Ali Saleem prezident Məhəmməd Muizzuya qara sehr etdiyi üçün həbs edilib. Polis əməkdaşlarının Şemnazın evinə basqın edərək ayin üçün istifadə edildiyi iddia edilən müxtəlif əşyaları ələ keçirdikləri açıqlanıb. Hökumət həbslər və ya iddialarla bağlı açıqlama verməyib. Prezident Muizzu seçildikdən sonra ilk səfərini 26-29 noyabr 2023-cü ildə Türkiyəyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə